Sizin reklam burada
Sizin reklam burada

"Sui-qəsd tariximizdə qaranlıq məqam oldu"

"Sui-qəsd tariximizdə qaranlıq məqam oldu"
ABŞ Nümayəndələr Palatasının üzvləri, respublikaçı Maykl Louler və Demokrat Riçi Torres prezidentliyə namizədlərin müdafiəsini gücləndirəcək qanun layihəsi təqdim etməyi planlaşdırırlar.
Bu barədə onların birgə bəyanatında deyilir.
“Dünən gecə keçmiş prezident Donald Trampa sui-qəsd tariximizdə qaranlıq məqam oldu. Yeni məlumatlar əldə olunduqca aydın olur ki, bütün əsas prezidentliyə namizədlər əlavə müdafiəyə ehtiyac duyurlar.
Buna görə də biz prezident Cozef Baydenə, keçmiş prezident Donald Trampa və prezidentliyə namizəd Robert Kennediyə gücləndirilmiş Məxfi Xidmət mühafizəsini təmin etmək üçün qanunvericilik təqdim etməyi planlaşdırırıq”, – məlumatda qeyd olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş