Sizin reklam burada
Sizin reklam burada

"Sanksiyalara qoşulmağı planlaşdırmırıq"

"Sanksiyalara qoşulmağı planlaşdırmırıq"
“Gürcüstan hakimiyyəti Avropa İttifaqının ölkənin Müdafiə Nazirliyinə ayrılan 30 milyon avroluq vəsaiti dondurmaq qərarına baxmayaraq, ordunu lazım olan hər şeylə təmin edəcək”.
Bu barədə jurnalistlərə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze bildirib.
“Hərbçilərimizin sülhməramlı missiyalarda NATO ölkələrindən daha çox sayda təmsil olunmasına görə minnətdarlığımızı aldıq. Və bu gün Avropa Birliyi çıxıb deyir ki, hərbçilərə göndəriləcək vəsaiti dondurub, pulu da (Gürcüstanın keçmiş ombudsmanı Nino) Lomjariya və (QHT nümayəndəsi Eka) Qiqauriyə verəcək.
Ordu heç nə itirməyəcək. Hakimiyyət ordunun ən yaxşı vəziyyətdə olması üçün lazım olan hər şeyi edəcək. Hökumət bu ölkənin suverenliyini, dövlətçiliyini, ölkəmizin hər bir vətəndaşını qoruyur. Sülh həyat bahasına xilas olacaq. Biz heç bir sanksiyalara qoşulmağı planlaşdırmırıq. Bizə sabitlik və ölkənin inkişafı lazımdır”, - deyə partiyanın baş katibi yekunlaşdırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş