Sizin reklam burada
Sizin reklam burada

"Fransa qeyri-müəyyənlik dövrünə qədəm qoyur”

"Fransa qeyri-müəyyənlik dövrünə qədəm qoyur”
“Parlament seçkilərinin ikinci turunun nəticələrindən sonra Fransa daxili siyasi qeyri-müəyyənlik dövrünə qədəm qoyur”.
Bunu erməni politoloq Benyamin Poqosyan deyib.
Onun sözlərinə görə, Fransadakı seçkilər parlamentin ciddi parçalanmasına gətirib çıxarıb və baş nazirin necə təyin ediləcəyini hələlik söyləmək çətindir.
“Nəzərə alsaq ki, heç bir qüvvə parlamentdə mütləq səs çoxluğu əldə etməyib, bu zaman koalisiyaya ehtiyac var. Fransada mövcud siyasi təlatümlərin 2027-ci il prezident seçkilərinə qədər davam edəcəyi ehtimalı mövcuddur. Eyni zamanda, ölkə Konstitusiyası prezidentə kifayət qədər ciddi təsir rıçaqları verir və nəticədə Makronun mövqeyi güclü olaraq qalır. Hətta Jak Şirak dövründəki kimi, müxalifət nümayəndəsi baş nazir olsa belə, prezident xarici siyasət və təhlükəsizliklə bağlı əsas qərarları qəbul edən şəxs kimi qalacaq. Bu vəziyyətdə dövlət sistemini iflic etməkdən söhbət gedə bilməz. Hesab edirəm ki, siyasi təlatüm Ermənistan-Fransa münasibətlərinə təsir etməyəcək. Ermənistanla əməkdaşlıq xarici və müdafiə siyasətinə aiddir və bu, prezidentin səlahiyyətindədir. Digər tərəfdən, Makronun Cənubi Qafqaz siyasətinə yenidən baxması üçün heç bir səbəb yoxdur. Ultra sağçılar və solçular da fərqli siyasət nümayiş etdirmir. Ona görə də müxalifət hökumətə başçılıq etsə belə, bu, Cənubi Qafqaz və Ermənistanla bağlı hazırkı siyasi kursa təsir göstərməyəcək”, – deyə Poqosyan vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş