“Putin Ukrayna ilə atəşkəs təklifini rədd etdi, çünki bu, Kiyev üçün faydalı olacaqdı”.
Bunu Macarıstanın baş naziri Viktor Orban “Bild” nəşrinə müsahibəsində deyib.
“Ukraynalılar yüksək keyfiyyətli silahlar aldıqları üçün daha da nikbinləşiblər. Bununla yanaşı Avropanın maraqları da var. Vəziyyət göz qabağındadır. Putin və Rusiya Ukraynada işğala başlayıb. Amma kimin nəyə görə məsuliyyət daşıdığını ölçmək istəmirəm. Mənim işim sülhə necə nail olacağımıza diqqəti yönəltməkdir. Əvvəlcə sülh müqaviləsi bağlanmalı, sonra silahları yerə qoymalıdırlar. Amma Putin və Zelenski bunu əmin deyil. Hər iki tərəf düşünür ki, atəşkəs düşmənin maraqlarına uyğundur. Çünki bu müddət ərzində tərəflər yenidən müharibəni davam etdirməyə hazırlaşa biləcəklər. Putinin Rusiyanın necə qalib gələcəyi barədə aydın təsəvvürü var. Eyni şey Zelenskiyə də aiddir. Putin üçün hər şey sadədir, o, itirə bilməz və bu, çox məntiqlidir. Müharibədə istifadə olunan əsgərlərə, silahlara və texnologiyalara nəzər salsanız, o zaman Rusiyanı məğlub etməyin çətin olduğunu görəcəksiniz”, – Orban vurğulayıb.