Sizin reklam burada
Sizin reklam burada

"NATO-ya hücum 5-8 ildə mümkün ola bilər”

"NATO-ya hücum 5-8 ildə mümkün ola bilər”
“Rusiya yaxın illərdə NATO-ya hücum edə bilər”.
Bunu Bundesverin baş müfəttişi Karsten Breuer deyib.
Onun sözlərinə görə, mövcud təhdidləri nəzərə alaraq, Almaniyanın müdafiə büdcəsi növbəti illərdə ardıcıl olaraq artmalıdır.
General hazırda aktiv şəkildə silahlanan Rusiyadan gələcək potensial təhlükəyə diqqət çəkib.
Onun hesablamalarına görə, Moskva hərbi personalının sayını 1,5 milyon nəfərə çatdırmağı planlaşdırır ki, bu da bütün Aİ-də olduğundan çoxdur.
“Bundan əlavə, Rusiya tankların istehsalını artırır, köhnələri bərpa etməyə və istifadəyə yararlı hala gətirməyə çalışır. Rusiyanın NATO-ya hücumu yaxın 5-8 il ərzində mümkün ola bilər”, – deyə Breuer vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş