Sizin reklam burada
Sizin reklam burada

"Putinə səhv etdiyini göstərmək lazımdır"

"Putinə səhv etdiyini göstərmək lazımdır"
Putin uşaq xəstəxanasını partlatmaqla NATO zirvəsinə "salam" deyir.
Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis iyulun 8-də Ukrayna şəhərlərinin kütləvi atəşə tutulmasını şərh edərkən deyib.
O vurğulayıb ki, indi Ukraynanı ən yaxşı Qərb silahları ilə təmin etmək və Rusiyadakı hərbi obyektlərə zərbələr endirmək qadağasını “lazım olduğu qədər” ləğv etməklə Putinə səhv etdiyini göstərmək lazımdır.
"Putin artıq cavabımızı yoxlamağa ehtiyac duymur. O, cavabımızın zəif olacağını gözləyir", - nazir bildirib.
Qeyd edək ki, ötən gün Rusiya müxtəlif tipli 40-dan çox raketlə Ukraynaya hücum edib. Hücumlar nəticəsində 28 nəfər həlak olub. Daha 112 nəfər yaralanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş