Sizin reklam burada
Sizin reklam burada

"Gürcüstan hökumətinin kursunun dəyişməsinin şahidi olacağıq"

"Gürcüstan hökumətinin kursunun dəyişməsinin şahidi olacağıq"
ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını yenidən nəzərdən keçirir.
Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq, lakin hazırda Gürcüstanla bütün əməkdaşlıq proqramlarımız yenidən nəzərdən keçirilir”, - o bildirib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi keçən həftə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan “Soylu Tərəfdaş” (Noble Partner) birgə təliminin “strateji münasibətlərin yenidən nəzərdən keçirilməsi səbəbindən” qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.

Xatırladaq ki, ABŞ Ermənistanla 15 iyuldan 24 iyula qədər “Eagle Partner” təlimləri keçirəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş