Sizin reklam burada
Sizin reklam burada

"Zərbələr "Hizbullah" Livanın cənubunu tərk etdikdən sonra dayandırılacaq"

"Zərbələr "Hizbullah" Livanın cənubunu tərk etdikdən sonra dayandırılacaq"
"İsrail Livanın təhdidlərinə baxmayaraq, Livanın cənubundakı "Hizbullah" qüvvələrini bütün gücü ilə vurmağa davam edəcək".
Bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz deyib.
Katzın sözlərinə görə, zərbələr yalnız "Hizbullah" Livanın cənubunu tərk etdikdən sonra dayandırılacaq, çünki yalnız bundan sonra İsrailin şimal sərhədində təhlükəsizlik bərpa olunacaq və sərhəd yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıda biləcəklər.
Bundan əvvəl Tehran bəyan etmişdi ki, İsrail Müdafiə Qüvvələrinin Livanda genişmiqyaslı əməliyyatı məhvetmə müharibəsinin başlanması demək olacaq.
İran nümayəndələrinə cavab verən israilli nazir əmin olduğunu bildirib ki, məhv olmaq təhlükəsi ilə üzləşən rejim məhv edilməyə layiqdir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş