Sizin reklam burada
Sizin reklam burada

"Silah tədarük edən Rusiya üçün qanuni hədəfə çevriləcək"

"Silah tədarük edən Rusiya üçün qanuni hədəfə çevriləcək"
“NATO üzvləri Ukraynanı dəstəkləmək üçün uzunmüddətli öhdəliklər götürməkdən imtina edirlər”.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazıb.
Bildirilir ki, NATO-nun baş katibi Yens Stoltenberqin təklifi ilə bağlı alyans ölkələri arasında fikir ayrılıqları var.
“Döyüş meydanındakı vəziyyətin gözlənilməzliyi və Kiyevin gələcəkdə hansı yardıma ehtiyacı olacağını anlamaması səbəbindən NATO üzvləri uzunmüddətli öhdəliklər barədə razılığa gəlməkdən çəkinirlər. Alyans ölkələri arasında Ukraynaya hər il azı 42,7 milyard dollar məbləğində maliyyə yardımı təklifi ilə bağlı fikir ayrılıqları var. Buna səbəb vəziyyətin gələcəkdə necə cərəyan edəcəyi və məbləğin dəyişib-dəyişməyəcəyidir”, – deyə nəşr yazıb.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya silah tədarük edən istənilən yük avtomobilinin Rusiya üçün qanuni hədəfə çevriləcəyini bəyan edib. O, münaqişədə NATO-nun birbaşa iştirak etdiyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş