Sizin reklam burada
Sizin reklam burada

"ABŞ qlobal təcridlə üzləşib"

"ABŞ qlobal təcridlə üzləşib"
“Vaşinqton uzun illər ərzində Rusiyanı izolyasiya etməyə cəhd göstərib”.
Bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.
Onun sözlərinə görə, Türkiyənin Rusiya və Çinlə tərəfdaşlığı bu izolyasiyanı reallaşdırmağa imkan vermir və bunun ucbatından ABŞ-ın özü qlobal təcridlə üzləşib. Makqreqor deyir ki, Vaşinqtonun siyasəti ucbatından ABŞ NATO-dakı ən vacib müttəfiqi Türkiyəni itirib:
“İndi buna görə, Türkiyə BRİKS-ə qoşula bilər və bu, ABŞ üçün sərfəli deyil. ABŞ-ın Rusiyanı səssiz izolyasiya cəhdinin özü Vaşinqtonu pis vəziyyətə salıb. Qlobal Cənub Moskva və Pekinlə iqtisadi əlaqələrini daha da gücləndirir. Türkiyə bizim keçmiş müttəfiq idi və indi o, böyük ehtimallar BRİKS-ə qoşulacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş