Sizin reklam burada
Sizin reklam burada

"Rusiya bizə silah və sursat tədarük etməmək qərarı verib"

 "Rusiya bizə silah və sursat tədarük etməmək qərarı verib"
“Rusiya ilə münasibətlərin gələcəyi Moskvanın mövqeyindən asılıdır”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, Ermənistana Rusiyanın tədarükünün 80% azalmasının Rusiya ucbatından baş verdiyini bildirib:
“Məhz Rusiya bizə silah və sursat tədarük etməmək qərarı verib. Yeri gəlmişkən, onlar indiyə qədər müqavilə əsasında planlaşdırılanlara belə tam olaraq tədarük etməyiblər”.
Onun sözlərinə görə, Rusiya bu addımını Ukraynadakı müharibə ilə əlaqələndirir. O, Ermənistanın silahları yalnız ərazi bütövlüyünün müdafiəsi üçün aldığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş