arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Ermənistan hakimiyyəti bunda maraqlı deyil"

"Ermənistan hakimiyyəti bunda maraqlı deyil"
Ermənistanın Fransadakı səfirliyi bu ölkənin məmurlarına Qarabağla bağlı xəbərdarlıq edib.
Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
Qəzet yazır ki, səfirlik Qarabağ ermənilərinin dərhal Azərbaycana geri qaytarılmasını rəsmi görüşlərdə tələb edən fransız məmurlardan bu mövqelərindən əl çəkmələrini xahiş edib. Erməni diplomatlar fransızlara çatdırıblar ki, belə bəyanatlar Ermənistan münasibətlərinə və sülh müqaviləsinin imzalanma prosesinə ciddi maneə yaradır.
Həmçinin bildirilir ki, Qarabağ ermənilərinin geri qaytarılması böyük güclərin artıq gündəmində deyil. Onun gündəmə gəlməsinin isə Ermənistan hakimiyyətinin bu məsələni dövlət siyasətinin bir parçası edəcəyi halda mümkün ola biləcəyi vurğulanıb. Lakin Ermənistan hakimiyyəti hələlik bunda maraqlı deyil.

Conflict.az

  • Sosial şəbəkədə paylaş