Sizin reklam burada
Sizin reklam burada

"Bu, Çinin işğalına qarşı açıq siqnal olacaq"

"Bu, Çinin işğalına qarşı açıq siqnal olacaq"
ABŞ hakimiyyəti Almaniyadakı qoşunlarının bir hissəsini Şərqi Avropa ölkələrinə, o cümlədən Polşa, Slovakiya, Çexiyaya və Asiya-Sakit okean regionuna köçürməlidir.
Bu fikirləri CBS telekanalında ABŞ-ın 45-ci prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi olmuş Robert Obrayen deyib.
Obrayenin sözlərinə görə, ABŞ güclü hərbi-dəniz qüvvələrini Quam, Havay, Filippin adalarına, həmçinin Avstraliyaya yerləşdirsə, bu, Çinin mümkün işğalına qarşı açıq siqnal olacaq:
“Bizim etməli olduğumuz ilk şey Çinin və Kommunist Partiyasının Tayvanı işğal etməsinin qarşısını almaqdır".

Conflict.az

  • Sosial şəbəkədə paylaş