
Rusiya Federasiyası ilə Şimali Koreya arasında “strateji hərbi tərəfdaşlığın” imzalanması birtərəfli xarakter daşıyır.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İnin ölkələr arasında tərəfdaşlıq sazişi imzalamasına reaksiya verərkən bildirib.
O qeyd edib ki, sözügedən saziş Pxenyana qarşı tətbiq edilən bütün beynəlxalq qərarlar, qətnamələr və məhdudiyyətlər paketinin birtərəfli və açıq şəkildə ləğvidir.
Conflict.az