Sizin reklam burada
Sizin reklam burada

"Pekin ticarət müharibəsindən yayınmaq üçün danışıqları arzulayır"

"Pekin ticarət müharibəsindən yayınmaq üçün danışıqları arzulayır"
Çinin Avropa Birliyinin Çin istehsalı olan elektrik avtomobillərinə əlavə gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı son qərarına çoxsaylı cavabı var. Amma Pekin AB ilə ticarət müharibəsindən yayınmaq üçün daha çox danışıqları arzulayır.
Bu barədə nüfuzlu “Çina Deyli” qəzetində bildirilib.
Məqalədə Avropa Komissiyasının Çin istehsalı olan elektrik avtomobillərinə 38,1 faizə qədər idxal rüsumunun tətbiq ediləcəyi ilə bağlı qərarına Pekinin necə cavab verəcəyi vurğulanıb.
Çin Maşınqayırma və Elektron Məhsulların İxracı və İdxalı Ticarət Palatasının baş katibi Sun Siaohon qəzetə müsahibəsində AB-nin qərarının səbəbsiz olduğunu, Dünya Ticarət Təşkilatının prinsiplərinə uyğun gəlmədiyini deyib. Baş katib hesab edir ki, Avropa Komissiyasının qərarı siyasi motivli və proteksionizm yönümlüdür.

Conflict.az

  • Sosial şəbəkədə paylaş