Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna Vaşinqtonun icazəsindən yararlandı"

"Ukrayna Vaşinqtonun icazəsindən yararlandı"
Ukrayna Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etmək icazəsindən yararlanıb.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalına deyib.
Qeyd edək ki, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken mayın 31-də Co Baydenin ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə razı olduğunu təsdiqləyib.
Mayın 30-da “Politico” qəzeti də ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyaya zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə gizli icazə verdiyini yazmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş