Belçikanın Baş naziri Aleksandr De Kros istefa verib.
Bu barədə “Le Soir” qəzeti məlumat yayıb.
"Bizim üçün xüsusilə çətin bir axşam oldu, uduzduq. Sabahdan etibarən mən səlahiyyət müddətini başa vuran baş nazir olacağam", - De Kros bildirib.
Qeyd edək ki, bu gün Belçikada həm milli, həm regional, həm də Avropa Parlamentinə seçkilər keçirilib.
Conflict.az