Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-da hər il 100 mindən çox insan həddindən artıq dozadan ölür"

"ABŞ-da hər il 100 mindən çox insan həddindən artıq dozadan ölür"
ABŞ-da aparılan araşdırmalara görə, təxminən hər üç amerikalıdan biri qohumunu və ya tanışını həddindən artıq dozada narkotik qəbulundan itirir.
Araşdırma çərçivəsində hər il on minlərlə insanın ölümünə səbəb olan narkotik bəlasının iqtisadi xərci il üzrə 1 trilyon dolları keçir.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, ABŞ-da hər il 100 mindən çox insan həddindən artıq dozadan ölür.

1990-cı ildən bəri ABŞ-da 1 milyondan çox insan həddindən artıq dozada narkotik qəbulundan dünyasını dəyişib. Bu ölümlərin əksəriyyəti opioidlərlə, xüsusən də fentanil kimi sintetik narkotiklə bağlıdır.

Milli Narkotiklərlə Mübarizə İnstitutunun araşdırmasına görə, təkcə son 10 ildə ABŞ-da 321 mindən çox uşaqın valideyni artıq dozaya görə həyatını itirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş