Sizin reklam burada
Sizin reklam burada

"Belə bir təklif olmayıb"

"Belə bir təklif olmayıb"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyanın keçmiş sədri Maral Akşənərlə qapalı keçən görüşdə ona vitse-prezidentlik postunu təklif etməyib.
Bunu İYİ Partiyasından olan millət vəkili Burak Akburak ölkə mediasına açıqlamasında deyib.
“Görüşdə belə bir təklif olmayıb. M.Akşənər dövlətə xidmət etməyə hazırdır. Belə bir təklif gəlsə, dəyərləndiriləcək. Akşənər partiya sədrliyindən gedib, siyasətdən getməyib. Onun partiya yaratmaq kimi də bir niyyəti yoxdur”, - millət vəkili bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş