Sizin reklam burada
Sizin reklam burada

"Sülh danışıqları üçün şərait hələ yetişməyib"

"Sülh danışıqları üçün şərait hələ yetişməyib"
"Rusiya-Ukrayna arasında sülh danışıqları üçün şərait hələ yetişməyib..."
"Çinin Ukrayna müharibəsi ilə bağlı sülh planını dəstəkləyən ölkələr arasında Türkiyə də var..."
Rusiya və Ukrayna ayrı-ayrılıqda siyasi nizamlanma prinsiplərinin "məzmununun böyük hissəsini təsdiq edib".
Bu barədə ÇXR XİN rəhbəri Van İ jurnalistlərə bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
Çinin baş diplomaı bəyan edib ki, iyirmidən artıq ölkə Pekinin Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə baxışına dəstək verib.
Bu bəyanat Çinin İsveçrədə qarşıdakı sülh sammitində iştirak etməyəcəyi barədə bəyanatından sonra səsləndirilib.
Çin xarici işlər naziri jurnalistlərə bəyan edib ki, Rusiya və Ukrayna ayrı-ayrılıqda ötən ay Çin və Braziliyanın birgə bəyanatında ifadə edilən siyasi nizamlanma prinsiplərinin "məzmumunun böyük hissəsini təsdiq edib".
Van həmçinin bəyan edib ki, "şərait hələlik sülh danışıqları üçün yetişməyib" və əlavə edib ki, Çin Ukraynada sülh üzrə görüşlərdə iştirakı ilə bağlı "qərarları özü verəcək".
Eyni zamanda qeyd edilir ki, diplomat istənilən danışıqların Rusiyanın 2014-cü ildən ilhaq etdiyi bütün ərazilərdən öz qoşunlarını çıxarması barədə Ukraynanın əsas tələbinə toxunmayıb.
Bundan başqa, döyüşən tərəflər bir-biri ilə danışıqlar aparmaqdan imtina edib.
Sənəddə Kiyevin Qərb ölkələri tərəfindən dəstəklənən və bu ay İsveçrədə müzakirə ediləcək sülh planına alternativ olan həm Rusiya, həm Ukrayna tərəfindən tanınan beynəlxalq konfransın keçirilməsinə çağırış edilib. Rusiya İsveçrədə keçiriləcək sammitə dəvət edilməyib.
Çin nazirinin sözlərinə görə, Ukraynada səfərdə olan Türkiyə XİN rəhbəri Hakan Fidan həmçinin Pekinin sülh planını alqışlayıb və bəyənib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin aprelində birbaşa danışıqlar Türkiyədə keçirilib.
Çinin Ukrayna müharibəsi ilə bağlı baxışı
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Çin dünya ölkələrinin sülh sammitində iştirak etməməsi üzərində işləyir.
Onun sözlərinə görə, Ukrayna üçün bu tədbirin pozulması məqsədilə "Çinin Rusiyaya kömək etdiyini görmək çox qəribədir və ağrılıdır".
Bu bəyanata cavab olaraq ÇİN XİN mətbuat katibi Mao Nin bəyan edib ki, Çin heç vaxt Rusiya-Ukrayna müharibəsi "alovunu alışdırmayıb".

Conflict.az

  • Sosial şəbəkədə paylaş