
Rusiyanın hərbi iqtisadiyyatı yeni münaqişəyə doğru işləyir.
Bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Rusiya çoxdan hərbi iqtisadiyyata keçib və silahlanmağa davam edir. Putinin Ukrayna sərhədlərində dayanacağına inanmayın. 2029-cu ilə qədər müharibəyə hazır olmalıyıq. Anlamalıyıq ki, Rusiyanın qələbəsi son nəticədə hamımıza bugünkü Ukraynaya dəstəyimizdən baha başa gələcək”, - müdafiə naziri bildirib.
Pistoriusun sözlərinə görə, Rusiya Gürcüstan, Moldova və son nəticədə NATO-ya təhlükə yaradır: “Buna görə də biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Dəstəyimizi kəsmək ölümcül nəticələrə gətirib çıxara bilər”.
Conflict.az