
“Bu, yaxından izlədiyimiz və çox narahat olduğumuz bir məsələdir”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Livana qarşı mümkün hərbi əməliyyata başlamaq qərarını şərh edərkən deyib.
O bildirib ki, tərəflərin Qəzzada atəşkəsə nail olmaq üçün çox çalışdığı bir vaxtda İsrailin şimal sərhədində Hizbullahla yeni münaqişəyə girməsi Təl-Əvivə və bölgədəki digər oyunçulara fayda verməyəcək.
“Bu, oktyabrın 7-dən bəri yaxından izlədiyimiz və çox narahat olduğumuz bir məsələdir. Biz münaqişənin daha da genişlənməsini istəmədiyimiz üçün bunun diplomatik həllini axtarırıq. Ümumilikdə bu vəziyyət İsrailin təhlükəsizliyinə və sabitliyinə xələl gətirəcək”, – deyə Miller vurğulayıb.
Conflict.az