Sizin reklam burada
Sizin reklam burada

"Layihənin qəbul edilməsi Qərbin ciddi narazılığına səbəb olub"

"Layihənin qəbul edilməsi Qərbin ciddi narazılığına səbəb olub"
Estoniya parlamentinə Gürcüstan rəsmilərinə, eləcə də Gürcüstanın hakim partiyasının təsisçisi, iş adamı Bidzina İvanişviliyə sanksiyaların tətbiqini nəzərdə tutan bəyanat layihəsi təqdim edilib.
Bu barədə Estoniya mediası yazıb.
Parlamentin Xarici Əlaqələr Komitəsinin üzvü Erik-Niles Kross 44 deputatın adından tərtib etdiyi bəyanat layihəsində Gürcüstan hökumətinin “antidemokratik addımlarını” pisləyib və hakim partiyanın Avro-Atlantikanı şübhə altına aldığını vurğulayıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin “Xarici agentlər haqqında” qanun layihəsini qəbul etməsi Qərbin ciddi narazılığına səbəb olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş