Sizin reklam burada
Sizin reklam burada

"Diqqəti Ukrayna müharibəsindən yayındırıb"

"Diqqəti Ukrayna müharibəsindən yayındırıb"
"İranda ayətüllahlar hakimiyyətdə olarkən, Moskva və Tehranda rejimlər dəyişməyincə, Yaxın Şərqdə sülh olmayacaq..."
Tanınmış sovet şahmatçısı və rusiyalı dissident Harri Kasparov Rusiya-Ukrayna müharibəsi ilə İsrailin Qəzzada HƏMAS və ölkənin şimalında "Hizbullah" ilə savaşı arasında paralellər aparıb.
Bu barədə o, İsraili ziyarət edən zaman "Cerusalim Post" qəzetinə müsahibəsində danışıb. Məlumatı "gordonua.com" nəşri yayıb.
"Siz elə qurumlarla üzləşmisiniz ki, onlar İsrailə hücumsuz fəaliyyət göstərə bilməz. İranda ayətüllahlar hakimiyyətdə olarkən Yaxın Şərqdə sülh olmayacaq. Moskva və Tehranda rejimlər dəyişməyincə, sülh olmayacaq", - şahmat üzrə sabiq dünya çempionu əmin edib.
"Siz işinizi bitirməlisiniz. ABŞ-ın indiki adminstrasiyası "qızıl ortanı" tapmaq istəyir, lakin mən bunu fəlakət hesab edirəm", - o, qeyd edib.
"Yumşaq desəm, mən Binyamin Netanyahunun böyük pərəstişkarı deyiləm. Lakin o, regionda yeganə demokratiyanın demokratik yolla seçilmiş lideridir, bu zaman quldurlar və terrorçular da var və onlara cavab verilməlidir", - Kasparov qeyd edib.
O, əmin olduğunu bildirib ki, HƏMAS Qəzzada tunellər şəbəkəsini yalnız Rusiyadan olan ekspertlərin köməyi olmadan inşa edə bilməzdi, bu ekspertləri "çətin ki, daha haradansa tapmaq olar".
"HƏMAS-ın tunelləri mürəkkəbdir və terrorçular orada təhlükəsiz şəraitdə yaşayır. Yüzlərlə kilometr tunelləri planlaşdıra biləcək yalnız bir ölkə var. Həm də bunun üçün peşəkarlar, metro-şəhəri inşa etmək üçün əsl mühəndislər lazımdır", - Kasparov deyib.
Dissident güman edir ki, HƏMAS-ın İsrailə oktyabrın 7-də hücum tarixi "fəndgir və fırıldaqçı" Putin üçün rahat olub.
"Putin diqqəti Ukrayna müharibəsindən yayındırıb, o, 7 oktyabr terror aktının başlıca benefisiarıdır. Hücumun necə həyata keçirilməsi İsraili cavab verməyə vadar edib, beləliklə bu, diqqəti Ukrayna müharibəsindən yayındırıb", - Kasparov izah edib.
O, ayrıca olaraq ABŞ prezidenti postuna hazırkı namizədlər Co Bayden və Donald Tramp haqqında fikirlərini ifadə edib.
"Amerikalılar azad dünyanın lideri postuna yəqin ki, canlı insanların hafizəsində ən uyğun olmayan iki namizəd arasında seçim etməlidir. Onlardan heç biri orada olmağa layiq deyil", - Kasparov vurğulayıb və qeyd edib ki, Qərb və Şərq blokları arasında daha dəqiq fərqin mövcud olduğu dövrü gözəl xatırlayır.
"Mənim böyüyüb boya-başa çatdığım Sovet İttifaqı dönəmində Amerika güc və ədalət rəmzi olub. Bu iki namizəd-Bayden və Tramp zəiflik və korrupsiya təzahür edir.
Onlar ümidverici kombinasiya təşkil etmir, məhz buna görə də biz pis oyunçuların sayının artdığını müşahidə edə bilərik, çünki dünya siyasətində heç vaxt vakuum olmur.
Əgər Amerika, azad dünya geri çəkilərsə, onun yeri boş qalmayacaq. Biz bu yerin kimin tutacağını bilirik", - Kasparov deyib, çox güman ki, belə olan halda dünya liderləri rolunu Çin, Rusiya və İranın öz üzərinə götürəcəyini nəzərdə tutub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş