Sizin reklam burada
Sizin reklam burada

“Onlara aydın şəkildə bildirdik”

“Onlara aydın şəkildə bildirdik”
ABŞ Gürcüstana qarşı viza sanksiyaları tətbiq edəcək.
TASS verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerə görə, Gürcüstana “Xarici təsirin şəffaflığı haqqında” qəbul etdiyi qanuna görə sanksiyalar qoyulacaq: “Biz onlara aydın şəkildə bildirdik ki, tərəddüd etmədən sanksiya tətbiq edəcəyik”.
Miller aydınlaşdırıb ki, Vaşinqton gələcək məhdudiyyətləri hələ tam açıqlamayıb.
Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş