
ABŞ Prezidenti Co Bayden İsveçrədə keçiriləcək Ukrayna ilə bağlı sülh konfransında iştirak etməyəcək.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ-ı konfransda vitse-prezident Kamala Harris və Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan təmsil edəcəklər.
Qeyd edək ki, konfrns iyunun 15-16-da keçiriləcək.
Xatırladaq ki, Qərb mediası Baydenin sülh konfransına qatılmamasını Ukrayna üçün diplomatik fəlakət adlandırmışdı.
Conflict.az