Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanlı Türkiyədə baş həkim təyin olundu

Azərbaycanlı Türkiyədə  baş həkim təyin olundu
Türkiyə Cümhuriyyəti Sinop Şəhər Atatürk Dövlət Xəstəxanasına azərbaycanlı baş həkim təyin olunub. Bu şəxs Uzman Doktor İlham Qafarlıdır.
O, 1983-cü ildə Qərbi Azərbaycanın Başarkeçer rayonunun Babacan kəndində anadan olub. Orta təhsilini 1991-2001-ci illərdə Bakı şəhərindəki 202 saylı məktəbdə alıb. 2003-2009-cu illər arasında İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində təhsil alıb.
2014-cü ildə Anadolu Universiteti A.Ö.F Sağlamlıq Müəssisələrinin İdarəetmə Fakültəsini, 2016-cı ildə Anadolu Universiteti A.Ö.F Səhiyyə Müəssisələrinin İdarəetmə Fakültəsini, 2016-cı ildə Anadolu Universiteti A.Ö.F Sosial Media İdarəetmə Fakültəsini bitirib.
2015-ci ilin iyun və 2017-ci il sentyabr ayları arasında Bezmialem Vəqf Universiteti Tibb Fakültəsi Tibbi Patologiya şöbəsində ixtisaslaşıb.
2017-2022-ci il illər arasında Acıbadem Mehmet Ali AYDINLAR Universiteti Tibb Fakültəsi Daxili Xəstəliklər Bölümündə ixtisas təhsilini tamamlayıb.
O, Daxili Xəstəliklər Mütəxəssisi vəzifəsini 3 fevral 2023-cü il tarixinədək davam etdirib.
2023-cü ilin Fevral ayında Durağan Şahid Hakan Tanrıqulu Dövlət Xəstəxanasında Daxili Xəstəxanalar Mütəxəssisi vəzifəsinə başlayıb. 2023-cü il martın 1-də həmin xəstəxananın baş həkimi olub. O, 22 may 2024-cü il tarixinədək baş həkim vəzifəsini davam etdirib.
22 may 2024-cü ildə Sinop Atatürk Dövlət Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş