Sizin reklam burada
Sizin reklam burada

"Mən bunun əleyhinəyəm"

"Mən bunun əleyhinəyəm"
Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyən Fransa Prezidenti Emmanuel Makronun bu mövqeyi dünya müharibəsinə doğru daha bir addımdır.
Bunu Fransa parlamentindəki “Milli Birlik” fraksiyasının rəhbəri Marin Le Pen deyib.

“Makron Fransanın müharibəyə girməsini istəyir. Bu bəyanat da buna doğru atılan növbəti addımdır. Mən bunun əleyhinəyəm, hesab edirəm ki, bu, vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük təhlükə yaradır”, - siyasətçi bildirib.

Le Pen qeyd edib ki, Ukraynanın yalnız müdafiə silahları ilə təmin olunmasının tərəfdarıdır: “ABŞ və Almaniya kimi mən də, Ukraynanın Qərbin verdiyi silahlardan Rusiya ərazisindəki hədəfləri vurmasının əleyhinəyəm, Fransanın cəbhə xəttində olacağı qlobal münaqişə riskini yarada biləcək hər şeyin əleyhinəyəm”.

Fraksiya rəhbərinin fikrincə, danışıqlara qayıtmaq lazımdır, Makron isə bunun əvəzinə ictimaiyyəti Ukraynaya qoşun yeritmək elanına hazırlayır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş