Sizin reklam burada
Sizin reklam burada

"Tamp ilk eks-prezident oldu"

"Tamp ilk eks-prezident oldu"
Nyu-Yorkda hakimlər heyəti keçmiş prezident Trampı porno aktrisa Stormi Danielsə pul ödəmək üçün "Trump Organization"dan maliyyə sənədlərini saxtalaşdırmaqda günahkar bilib.
Bu barədə xarici KİV xəbər verir.

Tamp bütün 34 maddə üzrə təqsirli bilinib. Beləliklə, o, ABŞ tarixində hakimlər heyəti tərəfindən ağır cinayətə görə mühakimə olunan ilk eks-prezident olub.

Hakimlər heyəti hər iki tərəfin arqumentlərini dinləmək üçün bir aydan çox vaxt keçirdikdən sonra mayın 29-da müzakirələrə başlayıb. Onların müşavirələri təxminən 11 saat davam edib və bu müddət ərzində 7 kişi və 5 qadından ibarət hakimlər heyəti ittiham aktlarının hər biri üzrə yekdil qərarın verilməsini istəyib.

Hakim Trampın vəkilinin təqsirsiz olduğunu iddia etməsini rədd edib. Hökm müddəti iyulun 11-nə təyin edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş