Sizin reklam burada
Sizin reklam burada

"Sammit çərçivəsində razılıq əldə edə bilərlər"

"Sammit çərçivəsində razılıq əldə edə bilərlər"
ABŞ Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalamağa yaxındır.
Bu barədə "Faynənşl Tayms" qəzetinin məlumatında deyilir.
ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski iyunda İtaliyada keçiriləcək "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində razılıq əldə edə bilərlər.
Nəşrin yazdığına görə, bu saziş Ukraynanın NATO-ya üzv digər dövlətlərlə bağladığı təhlükəsizlik sənədləri silsiləsində ən əhəmiyyətlisi olacaq. Müqavilə ABŞ-nin Ukraynaya uzunmüddətli dəstəyi, o cümlədən ukraynalı hərbçilərin təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardımla bağlı öhdəlikləri müəyyən edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş