Sizin reklam burada
Sizin reklam burada

"Qanunun qəbulu Avropaya inteqrasiyaya əngəl olacaq"

"Qanunun qəbulu Avropaya inteqrasiyaya əngəl olacaq"
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ölkənin Avropaya inteqrasiyasına əngəl olacaq.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib.

"Sənədin qəbulu Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb. Bütün bu hərəkətlər ABŞ və Gürcüstan arasında münasibətləri təhlükə altına qoyur", - Miller söyləyib.

Qeyd edək ki, ötən gün gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanuna prezident tərəfindən qoyulan vetonu ləğv edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş