Sizin reklam burada
Sizin reklam burada

"Bu bizim cavabımız olacaq"

"Bu bizim cavabımız olacaq"
Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qarşısına toplaşan "Xarici agentlər haqqında" qanunun əleyhdarlarına videobağlantı vasitəsilə müraciət edərək onları dəstəkləyib.
Zurabişvili xalqı parlament seçkilərinə hazırlaşmağa çağırıb.
"Bu axşam sizinləyəm! Bu, bizim gələcəyimizdir. 26 oktyabra hazırlaşmaq üçün hər şeyi etməlisiniz, bu bizim bugünkü cavabımız olacaq", - prezident vurğulayıb.
Dövlət başçısı etirazçıları imza toplamağa və parlament seçkilərinin nəticələrini müdafiə etməyə çağırıb.
Onun sözlərinə görə, qarşıdan gələn seçkilər xalqın Avropaya, yoxsa Rusiyaya yaxınlaşmağa qərar verməli olduğu referendum olacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş