Sizin reklam burada
Sizin reklam burada

"Hərbi vəziyyət haqqında qanuna görə parlamentin səlahiyyətləri genişləndirilir”

"Hərbi vəziyyət haqqında qanuna  görə parlamentin səlahiyyətləri genişləndirilir”
Ukraynada hazırkı şəraitdə yeganə legitim hakimiyyət Ali Rada və onun spikeridir ki, bu vəzifəni də indi Ruslan Stefançuk tutur.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Ukrayna Konstitusiyası Ali Radanın səlahiyyətlərinin uzadılmasını nəzərdə tutur. Amma hərbi vəziyyətə görə prezidentin səlahiyyətlərinin uzadılması barədə orada heç nə deyilmir”, - Putin bildirib.

Putin Ukrayna Konstitusiyasının 111-ci maddəsini xatırladıb:

“Həmin maddədə deyilir: “Bu halda ali hakimiyyətin səlahiyyətləri, faktiki olaraq prezidentin səlahiyyətləri parlamentin spikerinə verilir, xüsusən də hərbi vəziyyət haqqında qanunun şərtlərinə görə parlamentin səlahiyyətləri genişləndirilir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş