arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Putin “bufer zona” yarada bilmədi”

"Putin “bufer zona” yarada bilmədi”
“Rusiya Prezidenti Vladimir Putin Xarkov vilayətinin şimalında “bufer zona” yaratmaq məqsədinə nail ola bilmədi”.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bülletenində qeyd olunur.
Məlumatda bildirilir ki, Rus ordusu Xarkov bölgəsində Volçanska istiqamətində irəliləməyə davam etsə də, hücumların əksəriyyəti Ukrayna ordusu tərəfindən dəf edilib. Şəhər hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir.
Həmçinin, Rusiya ordusunun Volçansk yaxınlığında Buqruvatka kəndini ələ keçirməyə çalışdığı, Liptsi kəndi istiqamətində hücumlarını davam etdirdiyi bildirilir.
Xatırladaq ki, Vladimir Putin mayın 17-də çıxışı zamanı Rusiyanın Xarkovda “bufer zona” yaratmaq istədiyini açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ