Sizin reklam burada
Sizin reklam burada

"Gəl, Co, mübahisə edək!"

"Gəl, Co, mübahisə edək!"
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydenlə oturaq müzakirə aparmaqdan imtina etdiyini bildirib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.

“Bu gün dedilər: Biz masalar qoymaq istəyirik ki, otura biləsiniz. Dedim, oturmaq istəmirəm. Biz debatda dayanacağıq”, - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, Tramp Baydeni Ağ Evdə debat keçirməyə dəvət etmişdi.

“Hər zaman, hər yerdə, hər məkanda. Gəl, Co. Gəl mübahisə edək!" – Tramp çağırış edib.

Cavab olaraq Bayden bu görüşü təşkil etməyi sələfindən xahiş edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş