Sizin reklam burada
Sizin reklam burada

"Münasibətimdən istifadə edəcəm"

"Münasibətimdən istifadə edəcəm"
Jurnalist Evan Gerşkoviçin Rusiya həbsxanasından azad edilməsi üçün Prezident Vladimir Putinlə münasibətimdən istifadə edəcəm.
Bu sözləri ABŞ-ın sabiq prezidenti, 5 noyabrda keçiriləcək prezident seçkilərində namizəd Donald Tramp deyib.

“Rusiyanın əlində olan “Voll Strit Jurnal”ın müxbiri Evan Gerşkoviç seçkidən dərhal sonra, lakin mən vəzifəyə başlamazdan əvvəl azad ediləcək”, - Tramp özünün sosial şəbəkəsində yazıb.

O bildirib ki, Vladimir Putin bunu mənim üçün edəcək, başqası üçün deyil.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviçin saxlanması barədə 2023-cü il martın 29-da Rusiya Federasiyası FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Jurnalist casusluqda ittiham olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş