Sizin reklam burada
Sizin reklam burada

"Ehtimal edirik ki, bu, antikosmik silahdır"

"Ehtimal edirik ki, bu, antikosmik silahdır"
"Vaşinqton Rusiyanın aşağı Yer orbitinə peyk əleyhinə kosmik gəmi çıxardığına inanır.
"RİA Novosti" xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.

O, buraxılışın mayın 16-da baş tutduğunu bildirib.

“Rusiya aşağı Yer orbitinə peyk çıxarıb. Biz ehtimal edirik ki, bu, antikosmik silahdır və aşağı Yer orbitində olan digər peyklərə hücum edə bilir", - o əlavə edib.

Rayderin sözlərinə görə, eyni orbitdə Amerika hökumətinin peyki var. O, Pentaqonun Rusiya aparatına nəzarət edəcəyinə söz verib.

Bundan əvvəl Pentaqon bildirmişdi ki, ABŞ rəhbərliyi Vaşinqtonun kosmosa əsaslanan yeni silahlar hazırlaması ilə bağlı Rusiya ilə yüksək səviyyədə əlaqə saxlayır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş