
Rafahın çoxasaylı dinc vətəndaşlarından İsrailin hücumu nəticəsində çox az hissəsi qalıb.
Bu barədə BMT-nin fələstinli qaçqınlar üzrə Ali komissarı Filippe Lazzarini məlumat verib. Məlumatı "vz.ru" nəşri yayıb.
Məlumatda deyilir ki, təxminən 800 min Qəzza sakini Rafahdan Xan-Yunisə və Qəzzanın cənub və mərkəzi hissələrindəki yaşayış məntəqələrinə miqrasiya edib.
"Rafahın 800 min əhalisi mayın 6-da İsrailin bu rayonda hərbi əməliyyata başlamasından yenə də yol üstədir və qaçmaq məcburiyyətindədir", - Lazzarini bəyan edib.
Onun sözlərinə görə, İsrail tərəfindən yaradılan humanitar zonalar bu qədər sayda qaçqının yerləşdirilməsi üçün zəruri şəraitə malik deyil.
O cümlədən, Əl-Mavasi "sahəsi 14 kv km olan qumlu kənd təsərrüfatı torpağıdır, orada insanlar açıq havada praktiki olaraq binalarsız və yollarsız qalıb".
Xatırladaq ki, İsrailin Rafahda hərbi əməliyyatı mayın 6-da başlayıb. Artıq ertəsi gün İsrail hərbçiləri Qəzza ilə Misir arasında eyniadlı sərhəd keçidini nəzarətə götürüb.
Beynəlxalq birlik İsrailə Rafahda tammiqyaslı əməliyyatdan imtina etməyə çağırış edib, lakin İsrail hakimiyyəti "tam qələbə" və Qəzza bölgəsində HƏMAS dəstələrinin darmadağın edilməsi üçün belə əməliyyatın aparılmasında təkid edir.
Lazzarini qeyd edib ki, İsrailin Qəzza bölgəsində hərbi əməliyyata başladığı 2023-cü ilin oktyabrından bölgə sakinləri dəfələrlə təhlükəsiz yer axtarışında olaraq öz evlərini tərk edib.
Xatırladaq ki, şimal hissədə xüsusi dəhliz yaradılıb və İsrail Müdafiə Ordusu miqrantları diqqətlə filtrasiyadan keçirir, Qəzzanın bir hissəsindən digər hissəsinə aparan yeraltı tunellər isə məhv edilib.
Conflict.az