Sizin reklam burada
Sizin reklam burada

"Çin üç Amerika şirkətini etibarsız təşkilatlar siyahısına əlavə etdi"

"Çin üç Amerika şirkətini etibarsız təşkilatlar siyahısına əlavə etdi"
Çinin Ticarət Nazirliyi üç Amerika şirkətini Tayvana silah satan etibarsız təşkilatlar siyahısına əlavə edib.
Bu barədə nazirliyin saytında bildirilib.

Bildirilib ki, "ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq məqsədilə" General Atomics Aeronautical Systems, General Dynamics Land Systems, eləcə də Boeing Defence, Space & Security şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nazirlik qeyd edib ki, bu şirkətlər "Tayvana silah satışında iştirak edirlər".

Məlumata əsasən, onlara Çinlə ticarətlə məşğul olmaq, eləcə də ölkəyə yeni investisiyalar qoymaq qadağan edilib. Şirkət rəhbərlərinin Çinə girişi qadağandır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş