Sizin reklam burada
Sizin reklam burada

"Saziş ticarətin inkişafı üçün yeni başlanğıc olacaq"

"Saziş ticarətin inkişafı üçün yeni başlanğıc olacaq"
İran və Hindistan Çabahar limanında Şəhid Beheşti terminalının müasirləşdirilməsi və istismarına dair uzunmüddətli saziş imzalayıb.
Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş məlumat yayıb.

"Bu saziş iki ölkə arasında ticarətin inkişafı üçün yeni başlanğıc olacaq. Çabahar limanı sayəsində Hindistan Əfqanıstan, Mərkəzi Asiya, Ermənistan, Türkiyə, Azərbaycan, Gürcüstan, Suriya və Rusiyaya çıxış imkanı əldə edəcək ki, bu da layihənin ən mühüm üstünlüklərindən biridir", - o deyib.

Hindistan bundan əvvəl İranın cənub-şərqində yerləşən bu limanının inkişafına təqribən 500 milyon ABŞ dolları dəyərində investisiya qoymaq və orada ayrıca terminal yaratmaq niyyətində olduğunu açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş