
BMT Baş katibi Antonio Quterreş Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı yalan məlumatlara görə istefa verməlidir.
Bu sözləri İsrailin xarici işlər naziri İsrail Katz X şəbəkəsində yazıb.
"BMT Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı təxminini 50% azaldıb və HƏMAS Səhiyyə Nazirliyinin məlumatlarına əsaslandığını iddia edir. İsrailə qarşı qanlı böhtanları yaymaq üçün terror təşkilatının yalan məlumatlarına əsaslanan hər kəs antisemitdir və terrorizmi dəstəkləyir, Antonio Quterreş, istefa edin”, - Katz bildirib.
Nazir bildirib ki, BMT-nin 6 və 8 may tarixlərində Qəzzada ölən qadın və uşaqlarla bağlı məlumatında ciddi anlaşılmazlıqlar var və təşkilat bunu izah etməlidir.
Qeyd edək ki, mayın 6-da BMT Qəzza zolağında 9500-dən çox qadın və 14500-dən çox uşaq da daxil olmaqla, 34.735 nəfərin öldürüldüyü barədə məlumat yayıb.
Daha sonra təşkilatın 8 mayda yaydığı informasiyada isə 4959 qadın və 7797 uşaq daxil olmaqla, 34.844 nəfərin öldürüldüyü bildirilir.
Conflict.az
