Sizin reklam burada
Sizin reklam burada

"Qətnamələr gərginliyi artırır"

"Qətnamələr gərginliyi artırır"
Bir neçə ölkənin BMT Təhlükəsizlik Şurasının Şimala qarşı sanksiyalara dair qətnamələrinin yerinə yetirilməsinə nəzarət etmək səyləri regionda gərginliyi artırır.
Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi bildirib.

"Son zamanlar ABŞ-ın müttəfiqləri BMT-nin “sanksiyaları”nın pozulmasına nəzarət etmək bəhanəsi ilə Asiya-Sakit Okean regionunda “hərbi mövcudluq” üçün səylərini artırıb və bununla da regionda qeyri-sabit vəziyyəti daha da gərginləşdirirlər”, - deyə qeyd olunub.

Qeyd olunub ki, həmin ölkələrin hərbi mövcudluğu əsası suverenlik bərabərliyi və daxili işlərə qarışmamaq olan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə ziddir, həm də təkcə Koreya yarımadasında deyil, bütövlükdə Asiya-Sakit okean regionunda sülh və təhlükəsizliyin təmin edilməsi üçün nəzərəçarpacaq təhlükə yaradır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş