Sizin reklam burada
Sizin reklam burada

"Borrell AB nümayəndələrinin Putinin andiçmə mərasimində iştirakının əleyhinədir"

"Borrell AB nümayəndələrinin Putinin andiçmə mərasimində iştirakının əleyhinədir"
Avropa diplomatiyasının rəhbəri Jozep Borrell AB nümayəndələrinin Vladimir Putinin andiçmə mərasimində iştirakının əleyhinədir, lakin hazırda vahid mövqe formalaşmayıb.

Bunu AB-nin diplomatik xidmət nümayəndəsi Piter Stano deyib.

Onun sözlərinə görə, andiçmə mərasiminə Kreml tərəfindən göndərilən dəvətlər AB ölkələrinin Moskvadakı nümayəndəliklərinə çatdırılıb:

“Hazırda AB-yə üzv dövlətlərlə cavabımızın formasını müzakirə edirik. Biz həmişə xarici siyasətdə mümkün olan hər yerdə koordinasiyalı AB yanaşması göstərməyə çalışırıq. Yekun qərar hələ verilməyib”.

Qeyd edək ki, Putinin andiçmə mərasimi sabah - 7 mayda Moskvada keçiriləcək.


Conflict.az

  • Sosial şəbəkədə paylaş