Sizin reklam burada
Sizin reklam burada

"Qərb dövlətləri inkar edirlər"

"Qərb dövlətləri inkar edirlər"
“ABŞ “Krokus”dakı terror aktı ilə bağlı səslənən bəzi versiyaları gündəmdən çıxarmağa və diqqəti yayındırmağa çalışır”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Qərb dövlətləri Ukrayna ilə bu faciə arasında hər hansı əlaqənin olduğunu inkar edirlər.

“Bizim hələ bir versiya səsləndirmək imkanımız yoxdur. Çünki istintaq davam edir. Amma amerikalıların özlərində cəsarət taparaq bir versiya haqda danışması ən azı qəribədir. Terror aktından qısa müddət sonra Qərb İŞİD-in hücumda iştirakından danışmağa başladı. Lakin onlar Ukrayna ilə bu faciə arasında hər hansı əlaqə olduğunu inkar edirlər”, – deyə Peskov vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş