Sizin reklam burada
Sizin reklam burada

"Professorların fəaliyyətinin dayandırılmasına səbəb tələbələri dəstəkləmələri olub"

"Professorların fəaliyyətinin dayandırılmasına səbəb tələbələri dəstəkləmələri olub"
Tehran Tibb Universitetinin onlarla müəllimi tələbələri dəstəklədikləri üçün işdən qovulub.
Bu barədə Tehran Tibb Elmləri Universitetinin elmi heyətinin üzvü Rza Məlikzadə xəbər verib.

Onun sözlərinə görə, hazırkı hökumətin fəaliyyətə başladığı dövrdən və 2022-ci ildə İranda xalq etirazlarından sonra ölkənin bir çox universitetlərində professorların işdən çıxarılması, fəaliyyətinin dayandırılması və məcburi təqaüdə göndərilməsi dalğası geniş vüsət alıb. Təkcə son iki ildə universitetin 40-a yaxın müəllimi işdən uzaqlaşdırılıb. Professorun özü də məcburi təqaüdə göndərilib.

Qeyd olunub ki, professorların və müəllim heyətinin fəaliyyətinin dayandırılmasına əsas səbəb kimi onların etirazlar zamanı tələbələri dəstəkləməsi və hökuməti tənqid etmələri olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş