Sizin reklam burada
Sizin reklam burada

"Türkiyə Rusiya-Ukrayna müharibənin tezliklə bitməsinə çalışır"

"Türkiyə Rusiya-Ukrayna müharibənin tezliklə bitməsinə çalışır"
Ukraynadakı münaqişə Rusiya ilə Qərb arasında müharibəyə çevrilə bilər.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.

Onun sözlərinə görə, Ankarada bu qarşıdurmaya təkcə bu iki ölkə arasında müharibə kimi deyil, həm də əvvəldən Rusiya ilə Qərb ölkələri arasında müharibəyə çevrilə biləcək münaqişə kimi baxılır.

Parlamentin spikeri qeyd edib ki, Türkiyə buna əsaslanaraq Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsinə çalışır.

Qurtulmuş hər iki tərəfin qəbul edəcəyi ədalətli və bərabər sülhün bağlanmasının mümkün olduğunu xatırladıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş