Sizin reklam burada
Sizin reklam burada

"Müharibənin nəticələri İsrail və ABŞ-ın düşmənlərinə mesaj verəcək"

"Müharibənin nəticələri İsrail və ABŞ-ın düşmənlərinə mesaj verəcək"
Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı aparılan müharibənin nəticələri onilliklər ərzində regiona təsir edəcək və İsrail, ABŞ-nin ortaq düşmənlərinə mesaj verəcək.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə deyib.

"Qalant bu yaxınlarda Ağ Evdə Sallivanla danışıqları yekunlaşdırdı. Üz-üzə görüş bir saat yarım davam etdi.

Qalant görüş zamanı Qəzza zolağındakı müharibənin nəticələrinin bölgəyə onilliklər ərzində təsir edəcəyini və hər iki ölkənin (İsrail və ABŞ - red.) ümumi düşmənləri üçün bir siqnal olacağını vurğuladı", - İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə qeyd olunur.

“Tərəflər HƏMAS təşkilatı tərəfindən Qəzza zolağında girovların azad edilməsinin təmin edilməsi istiqamətində səyləri, həmçinin HƏMAS-ın inzibati və hərbi imkanlarının məhv edilməsini təmin etmək üçün zəruri tədbirləri müzakirə ediblər”, - mətbuat xidməti əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş