Sizin reklam burada
Sizin reklam burada

"Cinayət hədə-qorxu aktıdır"

"Cinayət hədə-qorxu aktıdır"
Crocus City Hall"da terror aktı radikal islamçıların əli ilə törədilib.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin qeyd edib ki, Rusiya hələ də Moskva vilayətində terror aktında radikal islamçıların iştirakı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməlidir:
“Krokus Siti Holl”dakı terror aktı ilə Kiyev rejiminin əli ilə 2014-cü ildən Rusiya Federasiyasına qarşı döyüşənlərin silsilə cəhdləri arasında əlaqə ola bilər.
"Bir şey tamamilə aydındır: martın 22-də Rusiyanın paytaxtında törədilmiş dəhşətli cinayət hədə-qorxu aktıdır. Və dərhal sual yaranır - bundan kimin mənfəəti var? Bu vəhşilik yalnız neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən ölkəmizə qarşı mübarizə aparanların bütöv cəhdlərinin bir halqası ola bilər”, - Putin bildirib.
O əlavə edib ki, nasistlər, məlum olduğu kimi, məqsədlərinə çatmaq üçün heç vaxt ən çirkli və qeyri-insani vasitələrdən istifadə etməkdən çəkinməyiblər.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terroristlər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. 139 nəfər həlak olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş