Sizin reklam burada
Sizin reklam burada

"Böyük təhlükədən xəbərsizik"

"Böyük təhlükədən xəbərsizik"
İspaniyanın müdafiə naziri Marqarita Robles Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə hədələməsinə görə ölkə əhalisinə müraciət edib.
O, bu barədə "La Vanguardia" qəzetinə müsahibəsində deyib.

"Bu gün Rusiyadan bir ballistik raket asanlıqla İspaniyaya çata bilər. İspaniya cəmiyyətinə çağırış etmək istərdim, çünki bəzən məndə elə təəssürat yaranır ki, hazırda mövcud olan böyük təhlükədən xəbərsizik.

Həm də təkcə Ukraynada deyil, Qəzza və Saheldə də vəziyyətə çox pessimist baxıram", - o bildirib.

Qeyd edək ki, V.Putin Rusiyanın hərbi-texniki baxımdan mümkün nüvə savaşı ssenarisinə hazır olduğunu açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş