
Rusiya və Ukraynanın mənəvi müstəvidə yenidən birləşməsi qaçılmazdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında çıxışı zamanı deyib.
"Mən əminəm ki, sizin kimi insanların sayəsində, dediyim kimi, gec-tez, ən azı, mənəvi müstəvidə birləşmə baş verəcək. Bu qaçılmazdır", - Putin festivalın iştirakçıları ilə görüşündə bildirib.
Putin vurğulayıb ki, buna mane olan hər şeyi kökündən silmək lazımdır:
“Buna isə millətçiliyin ən iyrənc təzahürləri mane olur. Bu, bu gün Ukrayna da daxil olmaqla, bir çox xalqın həyatını zəhərləyən fəlakətdir".
Conflict.az